Ukraynanın Rusiya ilə danışıqlara başlamaq üçün şərtləri

31-10-2022, 08:24           
Ukraynanın Rusiya ilə danışıqlara başlamaq üçün şərtləri
Rusiya ilə mümkün danışıqlar üçün yeganə real təklif Ukraynaya qarşı müharibənin dərhal dayandırılmasıdır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko feysbuk səhifəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son bəyanatlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya cinayət törətməkdə davam edirsə, bunun cavabı döyüş meydannda olmalıdır.

Nikolenko qeyd edib ki, Rusiya Ukrayna ilə 1991-ci ildəki sərhədlərə qayıtmalıdır.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya tərəfinin hələ də Ukraynadakı vəziyyəti həll etmək üçün danışıqlara hazır olduğunu açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru