Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı olub 31-10-2022, 07:49 Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.Nazirlər regionda son zamanlar yaranmış vəziyyət, o cümlədən ikitərəfli gündəliyin aktual mövzuları üzrə fikir mübadiləsi aparıblar.Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. Facebook-da paylaş