“Biz Rusiyanın təqdim etdiyi təklifləri məqbul hesab edirik” – Qarabağ separatçısı

31-10-2022, 14:14           
“Biz Rusiyanın təqdim etdiyi təklifləri məqbul hesab edirik” –
“Biz Rusiya Federasiyasının təqdim etdiyi təklifləri məqbul hesab edirik”.

Sozcu.az xəbər verir ki, bunu Qarabağ separatçısı, “Azad vətən” fraksiyasının rəhbəri Artur Arutyunyan deyib.

“Qarabağ tarix boyu öz milli kimliyini qorumaq və yaşamaq üçün əsrlər boyu mübarizə aparıb. Və bu müddət ərzində onun həm uğurları, həm də təəssüf ki, uğursuzluqları olub. Bu gün də problemlərlə üzləşirik.

Qarabağ xalqı daim öz ədalətli tələblərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışırdı. Lakin təəssüf ki, müxtəlif subyektiv səbəblərdən bu, onlar tərəfindən eşidilmir. Və yalnız qəhrəmanlarımızın qanı bahasına biz Qarabağı ermənininki saxlaya bildik”, – deyə Arutyunyan cəfəngiyat söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru