Çin: MKİ Azərbaycanda rəngli inqilab təşkil etməyə çalışıb...

4-05-2023, 13:23           
Çin: MKİ Azərbaycanda rəngli inqilab təşkil etməyə çalışıb...
“ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) dünya üzrə çoxlu sayda haker hücumlarının və “rəngli inqilabların” arxasında dayanır”.

Poliqon “RİA Novosti” Agentliyinə istinadən xəbər verir ki, bunu Çinin Kompüter Virus Hücumlarına qarşı Fövqəladə Hallar üzrə Milli Mərkəzinin və internet təhlükəsizliyi ilə məşğul olan 360 şirkətinin hesabatında deyilir.

“MKİ uzun müddətdir ki, gizli şəkildə “dinc dəyişikliklər” və “rəngli inqilablar”, həmçinin casusluq və informasiya oğurluğu təşkil edir”, deyə hesabatda bildirilir.

Hesabat müəllifləri qeyd edirlər ki, 80-ci illərdə məxməri inqilab, 2003-cü ildə Gürcüstanda qızılgül inqilabı, Ukraynada narıncı inqilab, Qırğızıstanda lalə inqilabı, “Ərəb baharı”, Ukraynada ikinci rəngli inqilab, Tayvanda günəbaxanlar hərəkatı - bütün bunlar və daha çoxu beynəlxalq təşkilatlar və ekspertlər tərəfindən Amerika kəşfiyyat orqanlarının rəhbərlik etdiyi rəngli inqilabların tipik halları kimi tanınıb.

Bundan başqa, ABŞ kəşfiyyat orqanları Belarus, Azərbaycan, Livan, Myanma və İranda rəngli inqilablar təşkil etməyə çalışıblar, deyə hesabatda deyilir.

“Statistikaya görə, son bir neçə onillikdə MKİ 50-dən çox ölkədə qanuni hökumətləri devirmiş və ya devirməyə cəhd göstərərək orada iğtişaşlar yaradıb”, deyə hesabatda bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru