Bu hakimlərdə yol üstündədirlər- FOTO

Dünən, 10:05           
Bu hakimlərdə yol üstündədirlər- FOTO
Konstitusiya Məhkəməsinin 3 hakiminin səlahiyyət müddəti başa çatıb.

Modern.az-a istinadla xəbər verir ki, hakimlər Ceyhun Qaracayev, Rövşən İsmayılov və Sona Salmanova 15 illik səlahiyyət müddətini başa vurublar.
Xatırladaq ki, hər üç hakim 2010-cu ilin iyunun 22-də təyin edilib. Onlar Azərbaycan Prezidentinin təqdimatı əsasında Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin olunublar.
Sona Salmanova Konstitusiya Məhkəməsinin sədr müavinidir. O, ilk dəfə 1998-ci Məhkəməyə hakim təyin edilib. 2010-ci ildə yenidən təyin olunub.
Ceyhun Qaracayev 60 yaşındadır. Konstitusiya Məhkəməsindən əvvəl Milli Məclisin aparatında işləyib.
Rövşən İsmayılov isə əvvəllər Mərkəzi Seçki Komissiyasının üzvü olub.
Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclasında Konstitusiya Məhkəməsinə yeni hakimlərin təyin edilməsi məsələsi müzakirə olunacaq.
Konstitusiya Məhkəməsi 9 hakimdən ibarət olmalıdır. Qanunvericiliyə görə, hakimlər 15 il müddətinə təyin edilirlər. Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təkrarən təyinat aparıla bilməz. Hakimin vəzifədə olmasının yaş həddi isə 75 yaşdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.