Xankəndidə vəziyyət gərginləşir: Sentyabrın 8-də…

5-09-2023, 08:28           
Xankəndidə vəziyyət gərginləşir: Sentyabrın 8-də…
Araik Arutyunyanın “istefası”ndan sonra Qarabağdakı separatçılar arasında qarşıdurma yeni mərhələyə keçib.

Teref.az publika.az-a istinadən xəbər verir ki, Samvel Babayan sentyabrın 8-i saat 10:00-a mitinq təyin edib.

O bildirib ki, erməni əhalisi küçələrə çıxmasa, həmişəlik məhv olacaqlar. Lakin Babayanın mitinqi Azərbaycana qarşı yox, Ağdam-Xankəndi yolunu bloklayan separatçı rejimin hazırki “rəhbərliyi”nə qarşıdır.

“Qarabağda baş verənlərin əsas məqsədi Ermənistanda hakimiyyəti dəyişməkdir. Onlar bunu gizlətmir və bildirirlər ki, Ermənistanda hakimiyyət dəyişənə qədər insanlar “aclığa” dözməlidir. İnsanlar küçələrə çıxmalı və öz rəhbərlərini seçməlidir. Əks təqdirdə məhv olacağıq”, – o deyib.



Babayan Ağdam-Xankəndi yolunun açılması məqsədilə rəsmi Bakı ilə danışıqlar aparılmasının vacibliyini bir daha vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru