Rusiya SSRİ deyil, bunu gözləməyin - Ponomaryov

5-09-2023, 09:36           
Rusiya SSRİ deyil, bunu gözləməyin - Ponomaryov
Əgər Rusiya hərbi məğlubiyyətə uğramasa, Rusiya Prezidenti Vladimir Putin hakimiyyəti tamamilə itirə bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov deyib.

O bildirib ki, indi Rusiyadakı elita nə baş verəcəyini gözləyir:

“Ukraynada bir çox insanlar Rusiyanın dağılacağına ümid edirlər. Mənim üçün bu inanılmazdır. Bəli, müəyyən bölgələr xüsusən də, Çeçenistan ayrıla bilər. Lakin bunlar az olacaq. Söhbət kütləvi prosesdən getmir. Rusiya Federasiyası SSRİ deyil, başqa cür yaradılıb”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru