Ermənilərin “Girdman-Şirvan-Naxçıvan” adlı təşkilat da varmış

5-09-2023, 11:01           
Ermənilərin “Girdman-Şirvan-Naxçıvan” adlı təşkilat da varmış
Ermənistanda “Girdman-Şirvan-Naxçıvan” adlı təşkilat varmış. DİA.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, həmin təşkilatın iddiası budur ki, Girdiman çayı boyunca bütün ərazilər, habelə Şirvan və Naxçıvan Ermənistan “ərazisidir”.

Dünən bu “təşkilat” bəyanat yayaraq, Azərbaycandan Laçın yolunu açmağı da “tələb” edib. Hətta beynəlxalq təşkilatlara da müraciət ediblər ki, məsələni diqqətdə saxlasınlar.

P.S. Heç bir xalq ermənilər qədər nağılbaz, xəyallarla yaşayan, utopik, saxta tarixin əsirinə çevrilmiş olmayıb. Özlərindən bir “tarix” uydurub, bütün bölgəyə iddia edirlər. Guya ki, “qədim”dirlər. Halbuki ermənilərin Qafqaza gəliş tarixi elə də uzaq dövrü əhatə etmir. Hətta Qarabağda onların bu bölgəyə köçməsinin 150 illiyini əks etdirən abidə də sovet vaxtı qoyulmuşdu. İndi adamlar Şirvana və Naxçıvana iddialarından əl çəkmirlər. Görünür, “erməni xəstəliyi” getdikcə metastaz verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru