Daha bir deputatın partiyası QEYDƏ ALINDI - AÇIQLAMA

5-09-2023, 15:40           
Daha bir deputatın partiyası QEYDƏ ALINDI - AÇIQLAMA
“Ədliyyə nazirliyi tərəfinfən Ana Vətən Partiyasının 4 sentiyabr 2023-cü ildə qeydiyyata alınması bütün Anavətənçilər tərəfindən böyük sevinclə qarşılandı. Yenidən rəsmi şəkildə qeydiyata alınmagımız ciddi məsuliyyət deməkdir”.

TEREF.AZ “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri Fəzail Agamalı deyib. O, partiyanın ƏN-də qeydə alınmasını şərh edərək bildirib:

“Ölkə prezidenti cənab İlham Əliyevin siyasi islahatlara xüsusi diqqət yetirməsi və yeni siyasi konfiqurasiyasının aparıcı amilə çevrilməsi özünün əhəmiyyətli nəticələrini verməkdədir. Ana Vətən Partiyası yarandığı gündən Nizamnamə və Proqramına söykənərək milli dövlətçiliyimizə sədaqətlə xidmət etməkdədir.

Tam əminliklə qeyd etmək istərdim ki, partiyamız və onun bütün üzvləri qüvvədə olan "Siyasi partiyalar haqqında" qanunun müddəalarına tam əməl edərək, dövlətçiliyimizin möhkəmlənməsinə, onun təməl prinsiplərinin qorunub saxlanılmasına dəyişməz mövqeyini davam etdirəcəkdir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru