Kanada yüksək rütbəli Hindistan diplomatının ölkədən qovdu

19-09-2023, 15:28           
Kanada yüksək rütbəli Hindistan diplomatının ölkədən qovdu
Kanadanın xarici işlər naziri Melani Joli yüksək rütbəli Hindistan diplomatının ölkədən qovulduğunu açıqlayıb. Kanada hakimiyyətinin məlumatına görə, Hindistanın Kanadadakı diplomatik missiyasının əməkdaşı kəşfiyyat fəaliyyəti ilə məşğul olub.

Qaynarinfo "Associated Press"ə istinadən xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyi ölkədən çıxarılan diplomatın ölkədəki bütün Hindistan kəşfiyyat fəaliyyətlərinə şəxsən nəzarət edə biləcəyini ehtimal edir.

Həmçinin, Melani Joli və Kanadanın Baş naziri Castin Trüdonun açıqlamalarına görə, hazırda 2023-cü ilin iyununda Kanadanın sikh icmasının lideri Hardip Sinqh Nijarın ölümündə Hindistan nümayəndələrinin iştirakı yoxlanılır. Trüdo hesab edir ki, Hindistan hökumətinin bu insidentdə iştirakı təsdiqlənərsə, bu, "Yeni Dehlinin Kanada işlərinə qəbuledilməz müdaxiləsi” sayıla biler












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.