Rusiya BAEA-dan aydın mövqe tələb edir

22-09-2023, 10:44           
Rusiya BAEA-dan aydın mövqe tələb edir
Rusiya XİN rəsmisi bildirib ki, Zaporojye AES-ə münasibətdə nüvə təhlükəsizliyinə təhdidin haradan gəlməsi ilə bağlı daha aydın mövqe gözləyirlər.
Moskva Zaporojya AES-də nüvə təhlükəsizliyinə təhdidin haradan gəlməsi ilə bağlı BAEA-dan daha aydın mövqe gözləyir. Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov RİA Novosti-yə bildirib.
"Ümumiyyətlə, biz agentlikdən(BAEA) Zaporojye AES-ə münasibətdə nüvə təhlükəsizliyinə təhdidin haradan gəlməsi ilə bağlı daha müəyyən və aydın mövqe gözləyirik. Təəssüf ki, indiyədək BAEA katibliyinin əməkdaşlarının və ekspertlərin Zaporojye AES-də olmasına baxmayaraq, biz onlardan aydın bəyanat eşitməmişik. Məhz Kiyev və onun hərəkətləri belə təhlükə yaradır. Təxribatçı addımlar, o cümlədən peyk şəhəri Enerqodara hücumlara cəhd edilir", – diplomat vurğulayıb.
AES 2022-ci ilin martından Rusiya ordusunun nəzarəti altındadır. Rusiya Xarici İşlər Nazirliyi nüvə və radioaktiv materialların sızmasının qarşısını almaq üçün bu addımın haqlı olduğunu vurğulayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi Zaporojye AES-in təmas xəttinə yaxın olması səbəbindən onun ətrafında təhlükəsizlik zonasının yaradılmasının zəruriliyini dəfələrlə bəyan edib.
Sputnik.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru