“Azərbaycan artıq bunu sülhməramlılardan tələb etməlidir”

22-09-2023, 20:12           
“Azərbaycan artıq bunu sülhməramlılardan tələb etməlidir”
“Yaxşı olar ki, məsələ qaldıraq, Azərbaycan tərəfi rus sülhməramlılarından tələb etsin. Əgər onlar tam şəkildə Üçtərəfli Bəyanat çərçivəsində işləyirlərsə, Azərbaycanın keçmiş məcburi köçkünlərinin Qarabağda təhlükəsizliyi baxımından rolları ola bilər. Yəni azərbaycanlılar Xocalıya, Xocavəndə və digər kəndlərə qayıtsalar, sülhməramlılar köməklik göstərə bilərlər. Bu qərar artıq qəbul olunub”.

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.

“Sülhməramlılarla sıx işləmək lazımdır. Onlara demək lazımdır ki, sizin Prezidentiniz Putin 2020-ci ildə 10 Noyabr Bəyannaməsinə imza atıb. Bu sənəddə bənd var ki, məcburi köçkünlər Qarabağa qayıtmalıdırlar. Sülhməramlıların rolu bu zaman faydalı olar”, - sabiq nazir bildirib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru