“İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır” - Netanyahu

23-09-2023, 00:08           
“İsrail və Səudiyyə Ərəbistanı sülhə yaxındır” - Netanyahu
“İsrail və Səudiyyə Ərəbistanı münasibətləri normallaşdırmağa getdikcə daha çox yaxınlaşır və bu, region üçün sülh və rifahın yeni dövrünü açacaq böyük bir irəliləyiş olar”.

Bunu BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrailin Baş naziri Binyamin Netanyahu deyib.

O, çıxışında İsrailin xarici siyasətindəki prioritetləri dəyişdirmək və əvvəlcə fələstinlilərlə razılaşmağa çalışmaq əvəzinə, digər ərəb ölkələrinə münasibətlərin normallaşdırılması təklifi ilə müraciət etmək qərarına sadiqliyini bir daha bəyan edib. Netyanyahu xatırladıb ki, 2020-ci ildə ölkəsi ABŞ-ın vasitəçiliyi ilə dörd ərəb dövləti - Bəhreyn, Mərakeş, BƏƏ və Sudanla eyni anda barışa bilib.

“İbrahim sazişləri” adı alan bu sazişlər, şübhəsiz ki, yeni sülh dövrünün müjdəçisi idi. Amma əminəm ki, biz daha böyük irəliləyişin - İsrail və Səudiyyə Ərəbistanı arasında tarixi sülhün astanasındayıq. Belə sülh ərəb-İsrail münaqişəsinin sona çatmasına böyük töhfə verəcək, digər ərəb ölkələrini İsraillə münasibətləri normallaşdırmağa təşviq edəcək, fələstinlilərlə sülh perspektivlərini gücləndirəcək, yəhudilik və İslam, Qüds və Məkkə arasında geniş barışığa kömək edəcək” - Netanyahu bildirib.
TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru