Azərbaycanın imtina etdiyi Vaşinqton platforması: "Əgər yenidən görüş keçirilməsini istəyirlərsə..."

17-11-2023, 07:05           
Azərbaycanın imtina etdiyi Vaşinqton platforması:
“Azərbaycan faktiki olaraq, haqlı səbəblərdən planlanan görüşdən imtina etdi”.

Bunu Azərbaycanın noyabrın 20-si Vaşinqtonda keçirilməsi planlanan görüşdən imtina etməsinə və Ermənistanın dekonstruktiv mövqeyinin danışıqlara mümkün təsirindən danışan politoloq Turan Rzayev Yenicag.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin və Avropanın son zamanlar sərgilədiyi mövqe vasitəçilik missiyasına uyğun deyil:

“Prezidenti İlham Əliyev danışıqların aparılması üçün Gürcüstan formatı ilə yanaşı, “3+3” formatını təklif etmişdi. Ancaq Ermənistanın israrla məsələni Qərb platformalarına daşıması, hətta 10 noyabr bəyanatından imtina edib yeni müqavilənin imzalanmasını istəməsi Azərbaycanın Vaşinqton görüşündən imtinasına səbəb oldu. Bakının arqumentləri haqlı və yerindədir.
ABŞ-nin və Avropanın son zamanlar sərgilədiyi mövqe vasitəçilik missiyasına uyğun deyil. Ermənistanın maraqları çərçivəsindən çıxış etmək, Azərbaycanı təhdid etmək, daha sonra isə sülhdən danışmaq mənasızdır. Azərbaycan faktiki olaraq, haqlı səbəblərdən planlanan görüşdən imtina etdi. Əgər yenidən görüş keçirilməsini istəyirlərsə, Azərbaycanın maraqları çərçivəsində mövqe sərgiləməli olacaqlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru