Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca ...

17-11-2023, 08:44           
Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca ...
ABŞ Dövlət Departamenti ermənipərəst koqnresmenlərin yedəyində süründüyünə görə Azərbaycanla Ermənistan arasında vasitəçi statusunu itirmək üzrədir. Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 20-də Vaşinqtonda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşdən imtina edib. Bu o deməkdir ki, rəsmi Bakı Vaşinqtonun vasitəçiliyindən imtina edə bilər.
Amerikalı rəsmilər və diplomatlar Cənubi Qafqazla bağlı Konqresin komitələrinin dinləmələrində çıxış edərkən adətən Azərbaycanın siyasətini tənqid edirlər. Çünki Konqresdə dinləmələri təşkil edənlər erməni lobbisinə yaxın konqresmenlərdir. Onlar isə dinləmələrdə Azərbaycan haqqında yalnız tənqidi fikirlər dinləmək istəyirlər. Bu baxımdan Dövlət Departamentinin rəsmiləri problemlə üzləşməmək üçün konqresmenlərin istəklərinə zidd fikirlər söyləmirlər. ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O,Brayn Konqresdəki çıxışında amerikalı diplomatların Bakıya səfərlərinin təxirə salındığını desə də, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono noyabrın 8-də Bakıda olub. O il ərzində bir neçə dəfə Bakıda olub, prezident İlham Əliyevlə və xarici işlər naziri Ceyhun Bayramovla müzakirələr aparıb.
Vaşinqtonun məqsədi Ermənistanı Rusiyadan uzaqlaşdırmaqdır. Buna baxmayaraq, Brüssel kimi Vaşinqton da “Azərbaycan Ermənistana təhlükə yaradır” bəhanəsiylə Ermənistana dəstəyi artırmağı qərar verib. Halbuki Brüsselin və Vaşinqtonun məqsədi Ermənistanın Kollektiv Təhülksəzlik Müqaviləsi Təşkilatından çıxmasını və Rusiyanın hərbi bazasından imtinasını təmin etməkdir. Brüssel və Vaşinqton Cənubi Qafqaz siyasətini “Azərbaycan təhlükəsi” üzərində qurduqca
1) Cənubi Qafqazda möhkəmlənmək imkanlarına zərbə vururlar;
2) Rusiyanı sıxışdırmaq siyasətində Azərbaycanı itirirlər.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru