Siyarto: Ukraynadakı münaqişənin hərbi yolla həlli yoxdur

17-07-2024, 11:34           
Siyarto: Ukraynadakı münaqişənin hərbi yolla həlli yoxdur
"Macarıstan Ukrayna münaqişəsinin həlli üçün səylərini davam etdirəcək".

Bu barədə jurnalistlərə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

"Hər kəs artıq bilir ki, bu müharibənin döyüş meydanında həlli yoxdur, bu, son iki il yarım ərzində çox aydın şəkildə sübuta yetirilib", - deyə nazir bildirib.

O əlavə edib ki, əgər döyüş meydanında həll yoxdursa, o zaman həll yolu yalnız danışıqlar masasında tapıla bilər.

"Əgər biz rabitə kanallarını bağlasaq, bir-birimizlə danışmasaq, yalnız bir tərəfi dinləsək, o halda uğura çatmaq olmayacaq. Ona görə də biz sülhməramlı missiyamızı davam etdirəcəyik", - Siyarto vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru