YAP 19 deputatı ilə vidalaşdı - ADLAR

17-07-2024, 19:46           
YAP 19 deputatı ilə vidalaşdı - ADLAR
Məlum olduğu kimi, 1 sentyabrda ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək.

“Cebhe.info” xəbər verir ki, bu gün hakim Yeni Azərbaycan Partiyası (YAP) 125 dairə üzrə deputatlığa namizədlərini açıqlayıb.

Açıqlanan siyahıdan bəlli olur ki, VI çağırış Milli Məclisdə YAP-ı təmsil edən deputatlardan 19 nəfərin adı yoxdur.

Adı YAP-ın siyahısından çıxarılan deputatlar isə bunlardır: Vasif Yusif oğlu Talıbov, İsa Əkbər oğlu Həbibbəyli, Cəbi Hüseyn oğlu Quliyev, Rauf Asif oğlu Əliyev, Elnur Marat oğlu Allahverdiyev, Sədaqət Süleyman qızı Vəliyeva, Əliabbas Qabil oğlu Salahzadə, Emin Məcid oğlu Hacıyev, Müşfiq Məmməd oğlu Məmmədli, Oqtay Sabir oğlu Əsədov, İqbal Nəriman oğlu Məmmədov, Cavid Həmid oğlu Osmanov, Elşad Mirbəşir oğlu, Nizami Qulu oğlu Cəfərov, Kamilə Əli Ağa qızı Əliyeva, Aqiyə Həbib qızı Naxçıvanlı, Bəxtiyar Yusif oğlu Sadıqov, Mahir Tapdıq oğlu Abbaszadə və Aqil Sadıq oğlu Məmmədovun adı YAP-ın namizədlər siyahısında yer almayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru