Bayden Ali Məhkəməni yenidən formalaşdırmağın yollarını arayır

18-07-2024, 17:08           
Bayden Ali Məhkəməni yenidən formalaşdırmağın yollarını arayır
ABŞ prezidenti Co Bayden Ali Məhkəməni yenidən formalaşdırmaq planını nəzərdən keçirir. Mümkün ölçülər sırasında ömürlük vəzifəyə təyin edilmiş baş hakimlərə dönəm məhdudiyyəti qoyulması və icra edilə biləcək etika kodeksinin tətbiqi var.

ABŞ mediasının bildirdiyinə görə Bayden Konqresin proqressiv kokusuna ötən həftəsonu onların yardımına ehtiyacı olacağını deyib.

“Mən bunu qabaqcadan elan etmək istəmirəm, ancaq mən tezliklə məhkəməni məhdudlaşdrımaq və bununla bağlı nə edəcəyimizlə əlaqədar əsas təşəbbüslə çıxış edəcəyəm,” Bayden bildirib. O, əlavə edib ki, son üç ay ərzində konstitutsiya üzrə alimlərlə işləyib və ona bu işdə kömək lazımdır.

Bayden bir vaxtlar ABŞ prezidentləri tərəfindən namizədlikləri irəli sürülən Ali Məhkəmənin hakimlərinin təsdiqinə baxan Senat Ədliyyə Komitəsinin rəhbəri olub.

O, uzun müddət təsisatçı kimi tanınıb və Ali Məhkəmə hakimlərinin sayının artırılmasına və hazırda 6:3 nisbətində mühafizəkar çoxluğa malik məhkəməyə daha çox liberal təyin etmək təkliflərinə müqavimət göstərib.

Belə görünür ki, Bayden Ali Məhkəmə hakimlərinin sayı ilə bağlı mövqeyini dəyişməyib,

Ancaq onun Donald Trampa qarşı siyasi kampaniya dönəmində təklif etdiyi hər hansı bir dəyişikiyin dərhal baş verəcəyi gözlənilmir. Belə ki, Senatda Demokratlar cüzi çoxluqda, Nümayəndələr Palatasında isə azlıqdadırlar.

Bundan da az ehtimal olunan ideya bu dəyişikliklərin konstitutsiyaya düzəliş vasitəsilə həyata keçirilməsidir ki, bu da Konqresin hər iki palatasında üçdə iki çoxluğun dəstəyini və ştat parlamentlərinin dörddə üçünun ratifikasiyasını tələb edir.

2020-ci ildə seçki kampaniyasında söz verdiyi kimi Bayden məhkəmə islahatı ilə bağlı komissiya yaradıb. Komissiya ətraflı hesabat hazırlasa da spesifik tövsiyələrlə çıxış etməyib və Bayden bu istiqamətdə əməli addım atmayıb.

O vaxtdan bəri Demokratlar Ali Məhkəmənin mühafizəkar təmayüllü hökmlərindən məyus olublar. Bu hökmlər sırasında qadınların konstitutsional abort hüququnun, silahlara nəzarət qanunlarının, universitetlərə qəbulda irqi və cinsi faktorların nəzərə alınmasının ləğvi - və lap bu yaxınlarda ABŞ prezidentlərinə rəsmi əməllərə görə immunitet bəxş edilməsi yer alır.

Bayden Ali Məhkəmənin bu yaxınlarda prezidentlərə verdiyi geniş immuniteti konstitutsional düzəlişlə ləğv etmək istəyir.

Sabiq prezident Donald Tramp Baydenin məhkəmə islahatları ilə bağlı təkliflərini dərhal tənqid edib.

“Demokratlar prezidfent seçiilərinə müdaxilə etməyə, Ədliyyə Sistemimizi dağıtmağa və Siyasi Opponentlərinə, MƏNƏ, və bizim Şərəfli Ali Məhkəməmizə hücum etməyə çalışırlar,” o, Turth Social platofmrasında yazıb.

Son hökmləri ilə bağlı narazılqılardan əlavə, Demokratlar iki mühafizəkar hakimi etik qaydaların pozulmasında günahlandırıblar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.