Ermənistan London görüşündən niyə imtina etdi? — Açıqlama

18-07-2024, 16:42           
Ermənistan London görüşündən niyə imtina etdi? — Açıqlama
Xəbər verdiyimiz kimi, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təklif olunsa da, ikinci tərəf bundan imtina edib.

Bəs, Ermənistanın bu görüşdən imtina etməsinin səbəbi nədir?

Demokrat.az xəbər verir ki, Bakupost.az-ın sualını politoloq Qabil Hüseynli cavablandırıb.

O, Ermənistanın bu görüşdən imtina etməsinin təəccüblü olduğunu bildirib:

“Bu günə qədər "bir aya sülh bağlanacaq", "sülh müqaviləsinin prinsipləri hazırdır" deyən Ermənistan tərəfi indi birdən-birə görüşdən imtina edir. Yəqin ki, bir azdan bütün nüanslar aydın olar və onların küskünlüyünün səbəbini ortaya çıxararıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru