Baydenin Rusiya və Çinlə bağlı əsas səhvi nədir? Tramp açıqladı

19-07-2024, 18:24           
Baydenin Rusiya və Çinlə bağlı əsas səhvi nədir? Tramp açıqladı
Trampın fikrincə, Bayden axmaq adamdır, çünki onun hərəkətləri Rusiya, Çin, İran və Şimali Koreyanı ittifaq bağlamağa "məcbur edib".
Ağ Evin keçmiş rəhbəri və ABŞ prezidentliyinə namizəd Donald Tramp Co Baydenin üç il yarım əvvəl Rusiya və Çinə münasibətdə etdiyi əsas səhvlər barədə söhbət açıb.
Bu barədə o, "Bloomberg"ə müsahibəsində danışıb.
Tramp deyib ki, Baydeni axmaq adam hesab edir, çünki onun hərəkətləri Rusiya, Çin, İran və Şimali Koreyanı ittifaq bağlamağa "məcbur edib". O qeyd edib ki, Baydenin sayəsində, "Moskva və Pekin", praktiki olaraq "siyasi nikaha giriblər". Siyasətçinin fikrincə, bu baş verə biləcək ən pis şeydir.
"O, Rusiya və Çini siyasi nikaha girməyə məcbur etdi. Onlar evləndilər. Sonra kiçik əmioğlu İranı, daha sonra isə Şimali Koreyanı öz yanlarına qəbul etdilər. Onların başqa heç kimə ehtiyacları yoxdur" - ABŞ-ın keçmiş lideri əmindir.
Bundan əvvəl Donald Tramp Co Baydeni ABŞ-ın ən pis prezidenti adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru