Netanyahu BMT məhkəməsinin qərarını rədd edib

20-07-2024, 15:34           
Netanyahu BMT məhkəməsinin qərarını rədd edib
İsrailin Baş naziri Benyamin Netanyahu BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin ərazilərində məskunlaşma fəaliyyətinin dayandırılmasını tələb edən qərarını rədd edib.

Bu barədə Netanyahu "X"də paylaşım edib.

"Yəhudi xalqı öz torpaqlarını, nə əbədi paytaxtımız Qüdsü, nə də Yəhudeya və Samariyada (İordan çayının qərb sahili) ata-baba irsimizi fəth etmir. Məhkəmənin heç bir saxta qərarı bu tarixi həqiqəti təhrif etməyəcək. Vətənimizin bütün ərazisində İsrail məskənlərinin qanuniliyi şübhə altına alına bilməz", - Netanyahu qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru