ABŞ Konqresinin üzvü Baydenə etimad səsverməsinə çağırıb

22-07-2024, 09:48           
ABŞ Konqresinin üzvü Baydenə etimad səsverməsinə çağırıb
Nümayəndələr Palatasında və Senatda seçicilər tərəfindən birbaşa seçilən demokratlar dərhal etimad səsvermələrini keçirməli və nəticələri birbaşa Baydenlə bölüşməlidirlər.

"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Din Fillips "The Wall Street Journal"a dərc etdiyi məqalədə bildirib.

O qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden ictimai rəy sorğularında qorxulu nəticələri görmürsə, demokrat konqresmenlər etimad səsverməsi keçirməlidir.

"Görünür, prezident sorğudakı rəqəmlərdən, aşağı faizlərdən və ölkədəki ümumi abu-havadan xəbərsizdir və ya onları rədd edir", - Minnesotadan olan demokrat konqresmen deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru