Kremldən Baydenin prezident seçkisindən geri çəkilməsinə ilk reaksiya
22-07-2024, 12:44
Kreml Co Baydenin prezidentliyə namizədlikdən imtina etməsi qərarına münasibət bildirib.
Azpost.info bildirir ki, Putinin mətbuat katibi Dmitri Peskov SHOT teleqram kanalı ilə ilə söhbətində bildirib ki, prezident Putin proqnozlaşdırıla bilən namizəd olaraq Baydenin Rusiya üçün daha üstün olduğunu demişdi.
“Amma seçkilərə hələ 4 ay var və bu, çox şey dəyişə bilər. Biz səbirli olmalıyıq və bundan sonra nə baş verəcəyini diqqətlə izləməliyik”.