Keçmiş deputatın oğlu namizədliyinə görə qalmaqal yaratdı -Fotolar

26-07-2024, 10:04           
Keçmiş deputatın oğlu namizədliyinə görə qalmaqal yaratdı -Fotolar
Dünən keçmiş deputat, ləğv olunmuş “Debüt Bank”-ın mərhum sədri Fərhad Qəribovun oğlu Rəşad Qəribov Kürdəmirdə qalmaqal yaradıb.

Məlumatlı mənbələrdən daxil olan məlumata görə, R. Qəribov 62 saylı seçki dairəsindən bitərəf kimi namizədliyini irəli sürüb. Rayonda iri biznes sahibi olan iş adamı qısa müddətdə imzaları və sənədlərini DSK-ya təqdim edib. Amma komissiya sədri iş başında olmadığına görə sənədlər qəbul olunmayıb. DSK sədri xəstəxanada, sistem altında olduğunu biıdirib və gün ərzində DSK-ya gələ bilməyəcəyini deyib.

Bundan qəzəblənən Rəşad Qəribov işçilərini və qohumlarını seçki komissiyasının ətrafına toplayaraq, imzalarının qəbul edilməsini tələb edib. Nəticədə, 300-ə qədər Kürdəmir sakini DSK-nın qarşısına yığılıb və əraziyə polis əməkdaşları cəlb edilib.

Daha sonra R. Qəribovun göstərişi ilə toplaşanlar evlərinə dağılışıb. AzPolitika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.