Deputat olmaq istəyən yeni simalar - SİYAHI

26-07-2024, 11:24           
Deputat olmaq istəyən yeni simalar - SİYAHI
Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq bir çox siyasi partiya nümayəndələri, ayrı-ayrı şəxslər namizədliklərini açıqlayıb.

Seçkilər zamanı bir çox yeni sima da özlərini sınamaq qərarına gəlib.

TEREF-in Modern.az-a istinadla əldə etdiyi məlumata görə, Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə namizəd olmaq istəyənlər arasındadır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Baş İdarəsinin rəisi, ölkəmizin NATO-dakı keçmiş nümayəndəsi Qaya Məmmədov, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevanın da namizəd olacağı gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.