Əhmədinejaddan acı etiraf: "İranda Mossad-a qarşı mübarizə idarəsinə İsrail casusu rəhbərlik edirdi"

2-10-2024, 07:34           
Əhmədinejaddan acı etiraf: "İranda Mossad-a qarşı mübarizə idarəsinə İsrail casusu rəhbərlik edirdi"
“İranda İsrail kəşfiyyatına - Mossad-a qarşı mübarizə üçün xüsusi departament yaradılmışdı, bu departamentə Mossad tərəfindən cəlb edilmiş casus rəhbərlik edirdi”. Bu barədə bazar ertəsi, sentyabrın 30-da İranın keçmiş prezidenti Mahmud Əhmədinejad CNN telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, "köstəbək" 2021-ci ildə aşkar edilib.

"İsrail İranın daxilində çətin iş həyata keçirirdi və istənilən məlumatı asanlıqla əldə edə bilərdi, sadəcə olaraq ölkəmizdə bu haqda indiyə qədər danışmırlar", deyə sabiq prezident bildirib.

Bundan başqa, bu departamentin daha 20 əməkdaşı yəhudi dövləti tərəfindən əməkdaşlığa cəlb edilmişdi, deyə Əhmədinejad əlavə edib.

Məhz onlar 2018-ci ildə İranın nüvə arxivinin oğurlanmasına və nüvə üzrə ixtisaslaşan fiziklərin aradan qaldırılmasına şərait yaratmışdılar.

Livanda "peycerlərin hücumundan" sonra İranın İslam İnqilablı Keşikçiləri Korpusunun komandanlığı şəxsi heyətə qarşı hərtərəfli tədqiqat başladaraq, İİKK-nin orta və yüksək rütbəli döyüşçülərinin etibarlılığını yoxlayıb. İİKK sıralarına İsrail casuslarının, o cümlədən İsraildən əmək haqqı alan iranlıların nüfuz etməsi ehtimalı İranı narahat edir.

Fransanın Le Parisien nəşri artıq "Hizbullah" rəhbəri şeyx Həsən Nəsrullahın aradan qaldırılmasını "Hizbullah"ın rəhbərliyində İsrailin agentlərinin iştirakı ilə əlaqələndirib.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru