Trampdan dövlət borcu və kriptovalyuta zarafatı

5-11-2024, 17:03           
Trampdan dövlət borcu və kriptovalyuta zarafatı
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp dövlət borcunun ödənilməsi barədə danışarkən maraqlı zarafat edib.
TASS xəbər verir ki, o, ən yüksək dövlət vəzifəsinə seçilərsə, 35 trilyon dollardan çox dövlət borcunun kriptovalyuta ilə ödənilməsinə göstəriş verə biləcəyini deyib.
"Mümkündür ki, 35 trilyon dolları kriptovalyuta ilə ödəyəcəyik. Mən təxminən 35 trilyon dollarlıq kriptovalyuta ayrılması ilə bağlı kiçik bir kağız yazacağam və vəssalam, bizim borcumuz qalmayacaq", - Tramp ianə toplama mərasimində deyib.
Tramp əlavə edib ki, kriptovalyutanın “böyük gələcəyi” olduğuna inanır.
Respublikaçının çıxışın videoyazısının bir fraqmenti Bitcoin Magazine portalı tərəfindən yayılıb.
Noyabrın 5-də ABŞ-da növbəti prezident seçkiləri keçiriləcək. Tramp və Demokratların nümayəndəsi Kamala Harris dövlət başçısı postu uğrunda mübarizə aparacaq. Tramp Amerikanın 45-ci prezidenti (2017-2021) olub. O, 2020-ci il seçkilərində demokrat Co Baydenə uduzdu və indi Ağ Evə qayıtmağa çalışır. Harris 2021-ci ilin yanvarından vitse-prezident vəzifəsində çalışır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.