Türkiyə-İsrail qarşıdurması nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.

19-11-2024, 08:24           
Türkiyə-İsrail qarşıdurması nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.
Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğunua görə bu ölkənin prezidenti Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki, İsrail tərəfi Türkiyə hava məkanının onlar üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbəri daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatıla bilərdi. Bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi. Bu arada, İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə “Həmas” təşkilatının siyasi rəhbərliyi Qətər paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal xəbər yayıb ki, “Həmas” ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr başlayarkən, Türkiyə Xarici İşlər Nazirliyi yayılan xəbərin həqiqətə uyğun olmadığını açıqlayıb. Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə Azərbaycan üçün bir o qədər faydalı olar.
Elxan Şahinoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru