NATO Ukraynanın infrastrukturunun qorunmasını prioritetləşdirmək barədə razılıq əldə edib

6-12-2024, 15:15           
NATO Ukraynanın infrastrukturunun qorunmasını prioritetləşdirmək barədə razılıq əldə edib
NATO rəhbəri Mark Rutte dekabrın 4-də bildirib ki, Rusiyanın Ukraynaya hücumları intensivləşdiyi bir vaxt NATO üzvləri Ukraynanın infrastrukturunun qorunmasını əsas prioritet hesab etmək barədə razılığa gəlib.

32 üzvlü hərbi alyansın xarici işlər nazirlərinin iclasının ikinci günü jurnalistlərə açıqlama verən Rutte bildirib ki, toplantıda Ukraynanın Rusiyanın hücumlarından qorunması üçün kifayət qədər hava hücumundan müdafiə vasitələri ilə təmin edilməsi müzakirə olunub.

“Dünən axşam masa ətrafında aydın razılıq əldə olundu ki, Ukraynaya kömək etmək, xüsusən də onun infrastrukturunu qorumaq prioritet olmalıdır” - deyə, Rutte bildirib. O həmçin əlavə edib ki, “Mən əminəm ki, müttəfiqlər yaxın günlərdə və həftələrdə Ukraynaya tədarük edə biləcəkləri hər şeyin təminatından əmin olmaq üçün öz fikirlərini bildirəcək”.

Rusiya ardıcıl üçüncü qışdır ki, Ukraynanın enerji infrastrukturunu hədəf alır, insan tələfatına səbəb olur və minlərlə dinc sakinin elektrik enerjisi ilə təmin olunmasına mane olur.

Çerniqov Vilayətin qubernatoru Vyaçeslav Çaus Telegram-da bildirib ki, dekabrın 4-də səhər tezdən Rusiya pilotsuz təyyarələri vilayətin şimalına hücum edərək kənddə bir neçə evə ziyan vurub.

Ümumi olaraq Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, Rusiya ölkədəki hədəflərə idarə olunan hava raketi atıb və 50 pilotsuz uçuş aparatından istifadə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.