Millət vəkilindən Xoşqədəmə bəd xəbər
3-06-2015, 10:01
“Ölüm hökmü haqda qanunun qəbulu real görünmür”.
Bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa ölüm hökmünün bərpa olunması fikri ilə bağlı Axar.az-a açıqlamasında deyib:
“Azərbaycanda ölüm hökmünün bərpa olunması ilə bağlı fikrimizə tərəf olanlar da var, olmayanlar da. Sadəcə, bir çox hallarda Avropa Şurası qarşısında öhdəliyi əsas gətirirlər. Halbuki digər öhdəliklərimiz də var ki, bunun icrasını bəzən dövlət olaraq məqbul saymırıq. Məsələn, Alternativ xidmət haqqında qanunu hələ də qəbul etmirik ki, müharibə şərtlərinə uyğun deyil. Bizim təklifimiz geniş kateqoriyalı cinayətlərə aid deyil. Burada azyaşlı uşaqlara və hamilə qadınlara qarşı cinayətlərdən söhbət gedir. Ancaq indi bunun qəbulu real görünmür. Bununla belə, təklif olaraq səsləndirməmizin faydalı müzakirələrə zəmin yaradacağına ümid edirəm. Uşağı xüsusi qəddarlıqla öldürənə mədəni üsulla ölüm cəzası verməkdən daha humanist nə ola bilər?”
Qeyd edək ki, aparıcı Xoşqədəm Hidayətqızı efirdə “Mən parlamentdə əyləşən millət vəkillərindən xahiş edirəm ki, ölüm hökmünün bərpasını müzakirəyə çıxarsınlar. Mənim 5 yaşlı balama o cür işgəncə verənə ölüm hökmü verilsin”, – deyib.