“Atam heç vaxt səhv etmir” - Leyla Əliyeva

4-06-2015, 11:38           
“Atam heç vaxt səhv etmir” - Leyla Əliyeva
“Mən hər zaman atamın məsləhətlərinə qulaq asıram. Atam bir qayda olaraq, heç vaxt səhv etmir. Bu mənim həyatım boyu anladığım ən əsas şeydir. Bu həqiqətən belədir!”.

“Qafqazinfo” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva atası, ölkə prezidenti İlham Əliyev haqda deyib. Bu barədə İnstagram səhifəsində yazan L. Əliyeva qeyd edib: “Bu sadəcə onun mənim atam, yaxud prezidentimiz olması ilə bağlı deyil. Eyni zamanda, o heç vaxt öz fikrini zorla qəbul etdirməyə çalışmır. İndiyədək heç vaxt onun - “Bunu belə etməlisən” deməsini eşitməmişəm. O sadəcə məsləhət verir. Son nəticədə isə, onun məsləhətləri hər zaman düz olur. Bir müddət keçdikdən sonra, onun qabaqcadan dediyi nəticəyə gəlib çıxıram. Bunu onun gözüaçıqlığı, ağlı və qeyri-adi insani keyfiyyətləri ilə izah etmək olar. Mən bütün işlərimdə onunla məsləhətləşirəm. Bura həm Heydər Əliyev Fondu, həm ekologiya sahəsi, həm də “Baku” jurnalı ilə bağlı gördüyüm işlər daxildir”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.