ABŞ-də Trampa sədaqət dövlət işinə qəbulda və çıxarmada əsas amil olacaq

28-04-2025, 16:38           
ABŞ-də Trampa sədaqət dövlət işinə qəbulda və çıxarmada əsas amil olacaq
ABŞ Prezidenti Donald Trampın siyasi kursuna sözsüz əməl etməyə hazır olma amerikalı dövlət qulluqçularının əsas səciyyəvi xüsusiyyəti olacaq. Onları işə götürmək və ya işdən çıxarmaq barədə qərar bunun əsasında veriləcək.

Bu barədə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən məlumat paylaşıb.

Onların sözlərinə görə, İlon Maskın may ayında ABŞ Hökumətinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri kimi fəaliyyətinə son qoymaq qərarı ilə əlaqədar olaraq, dövlət qurumlarının kadr siyasətinə nəzarət ABŞ hökuməti yanında müstəqil orqan olan Federal Kadrları İdarəetmə İdarəsinə həvalə olunacaq.

Məmurlar qanunları və prezidentin siyasətini vicdanla həyata keçirmələri əsasında qiymətləndiriləcək. ABŞ qurumlarının 2026-cı maliyyə ilindən (oktyabrın 1-dən başlayır) etibarən yeni sistemə keçidi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru