Səfirdən ortalığı qarışdıracaq daha bir açıqlama

4-06-2015, 22:45           
Səfirdən ortalığı qarışdıracaq daha bir açıqlama
Arif Məmmədov: «Biabırçılıqları açıqlamaq ermənilik deyil, xalqa zülm vermək, yalan danışmaq ermənilikdir»

Artıq iki gündür ölkədə diplomatik skandal yaşanır. İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin (Azərbaycan tərəfdən) hazırkı rəhbəri Arif Məmmədovun yanan bina ilə bağlı yazdığı status ölkəni qarışdırıb. teref.az xəbər verir ki, diplomat Facebook səhifəsində yazdığı statusunda xalqı belə hallar olduqda ayağa qalxmağa çağırmışdı.

Qeyd edək ki, bu açıqlamasından sonra mətbuata danışan və məsələyə münasibət bildirən deputat Siyavuş Novruzov Arif Məmmədovu «erməni olmaqda» ittiham etmişdi. Millət vəkili Azərbaycan hakimiyyətinə bu şəkildə yanaşan səfirin geri çağırılmasını tələb etməklə yanaşı, həm də onun erməni olmasını iddia etmişdi.

Məsələnin üzərindən yarım gün keçdikdən sonra diplomat olduqca sərt bir açıqlama verib. teref.az xəbər verir ki, Arif Məmmədov özünün Facebook səhifəsində yazıb ki, o, təmiz azərbaycanlıdır. «Mən təmiz azərbaycanlıyam. Rəhmətlik atam da, yaşlı anam da, onların ata və anaları, baba və nənələri köklü, adlı insanlar olublar. Amma əsl erməniləri biz gündə aşkar edirik. Biyabırçılıqları açıqlamaq erməni olmaq deyil. Xalqa zülm vermək, yalan danışmaq ermənilikdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.