"ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir" - Tramp

Bu gün, 09:44           
"ABŞ Ukraynada əbədi sülhü təmin etmək istəyir" - Tramp
ABŞ Prezidenti Donald Tramp əmin edir ki, Vaşinqton Ukraynada əbədi sülhü təmin etməyə çalışır.

“Report”un məlumatına görə, bu barədə o, Ağ Evdə NATO-nun Baş katibi Mark Rutte ilə görüşündə bildirib.

“Biz əbədi sülh istəyirik”, - Amerika lideri Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən deyib.

Eyni zamanda, o, həm Moskva, həm də Kiyevin münaqişənin həllinə imkan verən parametrləri artıq bildiyini söyləyib. “Bundan əlavə, bizim hər iki tərəfə məlum olan müəyyən parametrlərimiz var və biz nə edəcəyimizi artıq bilirik”, - Tramp bildirib.

O vurğulayıb ki, Rusiya və ABŞ Ukrayna məsələsində artıq bir neçə dəfə razılığa gələ bilərdilər.

"Dörd dəfə hiss etdim ki, aramızda razılaşma var. Bu, Trampın müharibəsi deyil. Biz bunu başa çatdırmaq üçün buradayıq. Bu işdə qalib olmayacaq. Bu, istənilən nöqteyi-nəzərdən uğursuzluğa məhkum olan məsələdir”, - ABŞ prezidenti deyib.

O qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsinə görə məsuliyyət, ilk növbədə, onun sələfi Co Baydenin üzərinə düşür. “Bu, Bayden və başqaları idi. Çox kədərli vəziyyətdir”, - Tramp vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru