Tramp: "Putin məni aldada bilməz" Bu gün, 15:27 "Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar həmişə çox xoşdur".Bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşdə deyib.Onun sözlərinə görə, danışıqdan sonra Putin "dəstəyi yerə qoyur", deyir ki, çox gözəl söhbət idi, sonra isə Kiyevə yeni hücumlar başlayır:"Putinlə "xoş söhbətlər" barədə Melaniyaya bəhs edirəm. O, buna təəccüblənir, axı Ukrayna atəşə məruz qalır".Tramp vurğulayıb ki, Putin sərt adamdır:"O, Klinton, Buş, Obama və Baydeni aldatdı, amma məni aldada bilməz. Rusiya potensial olaraq əla ölkədir". Facebook-da paylaş