Putin Trampın təhdidlərinə belə reaksiya verdi
Bu gün, 00:10

Qərbin artan təzyiqləri və ABŞ Prezidenti Donald Trampın sanksiya hədələri Rusiya lideri Vladimir Putini Ukraynada xüsusi hərbi əməliyyatı (SMO) dayandırmağa məcbur etməyəcək.
Bu barədə “Reuters” agentliyi məlumatlı mənbələrə istinadən xəbər yayıb. Agentliyin mənbəsinə görə, Kreml rəhbəri hesab edir ki, Ukraynada sülh məsələsi onunla, o cümlədən ABŞ ilə heç vaxt ciddi şəkildə müzakirə olunmayıb.
“Putin düşünür ki, heç kim Ukraynada sülhün detallarını onunla açıq danışmayıb, buna görə də məqsədlərinə çatmayınca geri çəkilməyəcək”, – deyə məlumatda bildirilir.
Digər mənbə qeyd edib ki, Rusiya Prezidenti özünün və ölkəsinin strateji məqsədlərini Qərbdən gələcək istənilən iqtisadi təzyiqlərdən və itkilərdən daha önəmli hesab edir.
“Reuters” həmçinin bildirir ki, Putin Rusiya iqtisadiyyatının sabitliyinə və sanksiyalara qarşı dayanıqlılığına əmindir. Agentlikin dəyərləndirməsinə görə, əgər Rusiya ordusu cəbhədə irəliləməyə davam edərsə və Ukrayna müqavimət gücünü itirərsə, Moskvanın ərazi iddiaları daha da genişlənə bilər.//Globalinfo.az