Pezeşkian dost ölkələrin adını çəkdi: Ermənistan siyahıda yoxdur

Dünən, 16:42           
Pezeşkian dost ölkələrin adını çəkdi: Ermənistan siyahıda yoxdur
İran prezidenti Məsud Pezeşkian dünən keçirdiyi müşavirədə qonşu ölkələrlə münasibətlər barəsində çıxış edib.

Tribunainfo.az xəbər verir ki, o, qonşu ölkələrlə yaxşı əlaqələr qurulmasının vacibliyini qeyd edib.

O ddeyib: “Region ölkələri ilə münasibətlərdə gərək açıq ürəklə müştərək xüsusiyyətlərə istinad edək və yanaşmalardakı ixtilafları, baxış fərqlərini kənara qoyaq. Qonşu ölkələr və region dövlətləri arasındakı birlik bizim hamımızı çox güclü edər. Gərək qonşu ölkələrlə, o cümlədən Türkiyə, Türkmənistan, Azərbaycan, Əfqanıstan, Pakistan, İraq və Körfəz ölkələri ilə əlaqələrimizi gücləndirək. Əgər qonşu dövlətlərlə münasibətlərimizi islah etsək, böyük işlər görə bilərik”.

Maraqlı məqam odur ki, Pezeşkian bu siyahıda Ermənistanın adını çəkməyib. Bu isə İrandakı bəzi qrupları hərəkətə keçirib. Hətta İrandakı erməni diasporu da Pezeşkiana müraciət ünvanlayıb. Ermənilərin “Hur” Mərkəzi məqalə yazaraq, “yeganə xirstian dövlət olan Ermənistan qonşumuz deyilmi?” sualını ünvanlayıb.

İrandakı ekspertlər isə bildirirlər ki, Pezeşkianın Ermənistanın adını çəkməməsinin əsas səbəbi ABŞ-la çox yaxınlıq edərək, onların qoşunlarını sərhəddə gətirmək fikrində olması ilə bağlıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru