İCRA BAŞÇISININ MÜAVİNİ və BAŞ MÜHASİB İŞDƏN ÇIXARILDI - Foto
29-06-2017, 18:25
Bakı şəhəri, Sabunçu Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Arzu Məmmədova və icra hakimiyyətinin sektor müdiri – RİH-in baş mühasibi Gülnarə Bağırova vəzifəsindən azad edilib. Report xəbər verir ki, işdən çıxarılan vəzifəli şəxslərin yerlərinə hələ ki, təyinat olmayıb. Sektor müdiri – RİH-in baş mühasibi vəzifəsini Ceyhun Abbasov əvəz edir. Qeyd edək ki, A.Məmmədova icra hakimiyyətinin başçısı müavini vəzifəsinə 2014-cü ildə təyin olunub. O, bu vəzifəyə qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsində çalışıb.