Pentaqon rəhbəri NATO-nun hərbi büdcəsinin artırılmasının səbəbini açıqlayıb
30-06-2017, 08:49
Pentaqon rəhbəri NATO-nun hərbi büdcəsinin artırılmasının səbəbini açıqlayıb
NATO ölkələri Rusiyanın yaxın gələcəkdə tərəfdaş olmayacağını etiraf edərək hərbi büdcələrini artırırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bildirib.
“NATO büdcəsinin bir neçə il ərzində artırılması onu göstərir ki, Alyans ölkələri Rusiyanın yaxın gələcəkdə tərəfdaş ola biləcəyinə artıq inanmır”, - deyə C.Mettis qeyd edib.
NATO rəhbəri qeyd edib ki, Alyans bu qənaətə uyğun olaraq reaksiya verir.