Rusiya-ABŞ münasibətlərində heç bir qlobal dəyişiklik gözləmirəm

3-07-2017, 21:04           
Rusiya-ABŞ münasibətlərində heç bir qlobal dəyişiklik gözləmirəm
“Rusiya prezidenti ilə ABŞ rəhbərinin G20 sammiti çərçivəsində təşkil ediləcək görüşündən qlobal dəyişiklik gözləmirəm."

Bunu SalamNews-a rusiyalı politoloq Yevgeniy Mixaylov bu həftə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya və ABŞ prezidentlərinin baş tutacaq görüşündən olan gözləntiləri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Tramp Rusiya ilə münasibətdə pis rəftar sərgiləməyə də bilər, "lakin o, ABŞ siyasi sisteminin əsiridir": “Nə Vladimir Putin, nə də başqa biri ABŞ-ı onun xarici siyasətini dəyişdirməyə məcbur edə, yaxud inandıra bilməz. Məhz Rusiyanın mövqeyi və fəaliyyəti, ola bilsin, yaxın zamanda ABŞ-ın qərar qəbulunda birqütblülük prinsipinin dəyişəcəyi ilə bağlı yaranmaqda olan yeni dünya nizamına münasibətini dəyişsin. Ola bilsin ki, prezidentlərin görüşündə ölkələrimiz arasında münasibətləri yaxınlaşdıra biləcək bəzi müsbət məqamlar müzakirə edilsin, lakin onların mümkün tətbiqi yalnız gələcəkdə mümkündür."

Bildirək ki, "Böyük iyirmiliyin" sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.