Ermənilərin yaydığı məlumat təkzib edildi – “O silah ABŞ-da istehsal edilməyib”

5-07-2017, 13:13           

Azərbaycan Müdafiə Nazirliyi Ermənistana cavab atəşinin endirilməsi barədə məlumata münasibət bildirib.
teref.az bildirir ki, qurumun mətbuat xidmətindən BakuPost.az-a verilən məlumatda münaqişə zonasında bölmələrimiz tərəfindən Amerika istehsalı olan TR-107 yaylım atəşli reaktiv sistemlərindən (YARS) istifadə olunması barədə Ermənistanın Müdafiə Nazirliyinin yaydığı dezinformasiya təkzib edilib: “Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub”.
Bundan əlavə, nazirlikdən qeyd olunub ki, Ermənistanın Müdafiə Nazirliyi yalan məlumat yaymaqla çaşqın vəziyyətə düşüb. Belə ki, əslində TR-107 yaylım atəşli reaktiv sistemi (YARS) Amerikada deyil, Türkiyədə istehsal olunur: “Bundan əlavə, Azərbaycan Silahlı Qüvvələri bu yaylım atəşli reaktiv sistemlərini tətbiq etməyib, yalnız düşmənin dinc əhalinin ölümünə səbəb olan təxribatının qarşısını alıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.