Rusiya XİN-in erməni açıqlamasına – Bakıdan cavab

5-07-2017, 16:59           
Rusiya XİN-in erməni açıqlamasına – Bakıdan cavab
Azərbaycan erməni təxribatına yol açacaq bütün halların qarşısını alır.

Axar.az xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-nin Azərbaycanın erməni soyadlı Rusiya Federasiyası vətəndaşlarını ölkəyə buraxmaması ilə bağlı bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiya XİN-ə lazımı cavabı verib:

“Ermənistan əsilli Rusiya vətəndaşlarının öz məkrli siyasətlərini ölkəmizdə yeritmələrinə imkan verilməyəcək”.

Xatırladaq ki, bu gun Rusiya XİN Azərbaycan Respublikasının erməni soyadlı Rusiya vətəndaşlarını ölkəyə buraxmadığına, onları saatlarla hava limanında saxladıqdan sonra öz ölkələrinə geri göndərdiyinə görə Azərbaycan tərəfinə xəbərdarlıq etdiyini açıqlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.