Malena Mard: “Avropa İttifaqı ilə Azərbaycan hazırda əməkdaşlığın vacib mərhələsindədir”

6-07-2017, 09:36           
Malena Mard: “Avropa İttifaqı ilə Azərbaycan hazırda əməkdaşlığın vacib mərhələsindədir”
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin diplomatik missiyasının başa çatması münasibəti ilə media və bəzi qurumların təmsilçiləri üçün vida ziyafəti təşkil edilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən səfir Malena Mard fəaliyyət göstərdiyi 3 il müddətində media və qurumlarla gözəl əməkdaşlıq etdiyini, bu əməkdaşlığın bundan sonrada davam edəcəyinə ümid etdiyini bildirib: "Azərbaycanda çox möhtəşəm vaxt keçirdim. Azərbaycan həmişə ürəyimdə olacaq. Burada əhalinin istiliyi həmişə xatirəmdə qalacaq. Tək mən deyil, mənim ailəm də belə düşünür"

Səfir Aİ ilə Azərbaycan arasında hazırkı münasibətlərə də toxunub.

“Avropa İttifaqı ilə Azərbaycan hazırda əməkdaşlığın vacib mərhələsindədir. Tərəflər arasında yeni saziş üzrə danışıqlar gedir. Çox intensiv və hərtərəfli danışıqlar aparılır. Danışıqların geniş gündəliyi mövcuddur", deyə M.Mard vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.