İran ABŞ-ın yeni sanksiyalarını pisləyib

19-07-2017, 09:00           
İran ABŞ-ın yeni sanksiyalarını pisləyib
Rəsmi Tehran ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsini pisləyib və Amerika vətəndaşları və şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcəyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkə XİN-in bəyanatında bildirilir.

“Tehran, öz növbəsində, İran xalqına və bölgədəki digər müsəlman ölkələrə qarşı düşmən hərəkətlər etmiş ABŞ-ın bir neçə vətəndaşı və şirkətinə qarşı yeni sanksiyalar tətbiq edəcək”, - deyə bəyanatda qeyd olunur. XİN siyahını tezliklə dərc edəcəyini vəd edib.


Qeyd edək ki, ABŞ prezidenti administrasiyası İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiya siyahısına 18 fiziki və hüquqi şəxs daxil edilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.