Baş nazirin arvadı Trampla danışmamaq üçün özünü “bilməməzliyə vurdu”

21-07-2017, 00:16           

Yaponiyanın baş naziri Sindzo Abenin həyat yoldaşı Akie Abe Hamburqda keçirilən G20 sammiti zamanı ABŞ lideri Donald Trampla söhbət etməmək üçün ingilis dilində danışmayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə iyulun 20-də The Independent qəzeti yazır.

The New York Times nəşrinə müsahibəsində ABŞ prezidenti deyib ki, nahar zamanı onun yanında əyləşən Yaponiya hökumətinin rəhbərinin həyat yoldaşı “gözəl qadındır”. Tramp onun ingilis dilini bilməməsindən şikayətlənib.

ABŞ lideri müsahibəsində bildirib ki, Akie Abe hətta “salam” sözünü bilmir. O qeyd edib ki, iki saat davam edən nahar zamanı Akie Abe bir söz belə deməyib və bu narahatçılıq yaradıb.

Lakin qəzetin jurnalistlərinin apardığı araşdırma zamanı məlum olub ki, Akie Abe ingilis dilində sərbəst danışır. O, bir neçə seminarlarda nitq də söyləyib.

G20 liderlərinin sammiti Hamburqda 7-8 iyul tarixində keçirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.