Tramp Rusiya və Çini ABŞ-ın maraqlarına və dəyərlərinə təhlükəli rəqiblər adlandırıb

31-01-2018, 08:56           
Tramp Rusiya və Çini ABŞ-ın maraqlarına və dəyərlərinə təhlükəli rəqiblər adlandırıb
Hazırkı mərhələdə Rusiya və Çin ABŞ-ın maraqlarına, iqtisadiyyatına və dəyərlərinə təhlükə yaradan rəqiblərdir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Konqres qarşısındakı ilk illik çıxışı zamanı deyib.

"Təcriddə olan rejimlər, terrorçu qruplaşmalar, Çin və Rusiya kimi rəqiblər bizim maraqlarımıza, iqtisadiyyatımıza və dəyərlərimizə təhlükə yaradır", – deyə D. Tramp söyləyib.

O, əlavə edib ki, ABŞ özünün nüvə potensialını yenidən qurmalı və müasirləşdirməlidir.

“Biz nüvə arsenalımızı yenidən qurmalı və müasirləşdirməliyik. Ümid etməliyik ki, ondan heç vaxt istifadə etməyəcəyik və istənilən təcavüzuin qarşısını almaq üçün bu arsenalı qüdrətli etməliyik", – deyə Ağ Ev rəhbəri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru