Putin: “Trampa mane olanlar var”

10-03-2018, 11:26           
Putin: “Trampa mane olanlar var”
ABŞ prezidenti Donald Tramp Vaşinqton və Moskva arasında münasibətlərin normallaşmasını istəyir, lakin ona mane olanlar var.

teref.az APA-ya istinadən xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin NBC telekanalına müsahibəsində bəyan edib.

“Biz sizə düşmən damğası vurmamışıq. Siz parlament səviyyəsində, Konqres səviyyəsində Rusiyanı düşmən siyahısına daxil etmisiniz. Niyə bunu etdiniz? Məgər biz ABŞ-a qarşı sanksiyalar tətbiq etmişik? ABŞ bizə qarşı sanksiyalar tətbiq edib. Biz başqa ölkələrin işlərinə qarışmırıq. ABŞ isə daima Rusiyada seçkilərə müdaxilə edir və hətta bunu gizlətmir. Güman edirəm ki, Donald Tramp münasibətlərin normallaşmasını istəyir, amma ona mane olan qüvvələr var”, deyə V.Putin əlavə edib

Rusiya prezidenti həmçinin deyib ki, iki ölkə arasında gərginliyin azalması, münasibətlərin normallaşdırılmasının tərəfdarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru