Deputatların böyük QARŞIDURMASI – “Xain” kimdir, “qurban” kim?
3-09-2015, 23:35
Seçki yaxınlaşdıqca, seçici yada düşür. 5 ildə seçici üzü görməyənlər, palçıqlı yollara ayaq basmayanlar seçicinin ayağına getməyə başlayırlar. Toz basmış seçki qərargahlarının qapısı açılır və növbəti beş il üçün seçicini aldatmaq prossesi başlayır. Sabirabadlıların sözlərinə görə, seçildiyi beş ildə üzünü görmədikləri deputat Ceyhun Osmanlı yenidən rayonda “tapılıb”.
Səbəb isə yenidən deputat olmaq istəyidir. Rayon camaatı deyir ki, beş ildə deputat rayon üçün hansı işi görüb ki, yenidən bu rayona gəlir? Nə üçün doğulduğu rayondan namizədliyini vermir?
Sabirabadlılar Ceyhun Osmanlının haqqındakı fətullahçı söhbətindən də xəbərdardırlar. Bunu sosial mediadakı sorğular da göstərir. Belə ki, “Seçkilər – Elections” səhifəsinin “
Bu fətullahçıların deputat olmasını istəyirsiniz?” sualında 3 şəxsin rəsmi qoyulsa da, ən çox qınaq obyektinə Ceyhun Osmanlı çevrilib. Elşad İskəndərov və Rəbiyyət Aslanovanın haqqında səthi fikir səsləndirilsə də, C.Osmanlının Sabirabada gəlməməsi tövsiyyə olunub.
C.Osmanlının yenidən keçən dəfəki kimi zorla deputat seçdiriləcəyi təqdirdə, Sabirabadın qarışacağının siqnalı sayılan şərhlərdə deputatın son beş ildə ancaq Prezident gələndən gələnə rayonda tapıldığına diqqət çəkilib.
Bu arada Ceyhun Osmanlıdan narazı sadəcə seçiciləri deyil. Yenidən deputat olmaq üçün qapı-qapı gəzən, özünün artıq başqa qrupla oturub-durduğunu və Elnur Aslanovdan ayrıldığını nümayiş etdirən Osmanlıya ağır cavabı millət vəkili Rəbiyyət Aslanova verib.
Bir müddət öncə tədbirlərin birində C.Osmanlı ona salam vermədiyi üçün xanım deputat “partlayıb”. Elə həmin məclisdə gənc həmkarını yaş yuyub- quru sərən Aslanova oğlunun Ceyhun Osmanlının qurbanı olduğunu bildirib. Qeyd edib ki, “Elnur o adamları tanımırdı. Hamısı ilə sən tanış etdin. Sən yerləşdirdin hər yerə. Oğlumun səhvi səni dost bilib, sənin gətirdiyin insanlara etibar etməsi idi. Bu gün deputatsansa, mənə və oğluma borclusan”.
Deyilənə görə, C.Osmanlı R.Aslanovanın kükrəməsi qarşısında vəziyyəti həmin məclisdən qaçmaqda görüb. Ancaq bu da Rəbiyyət Aslanovanın ürəyini soyutmayıb. O getdikdən sonra da ittihamları sıralayıb.
Rəbiyyət Aslanovanın qarşısında sussa da, Ceyhun Osmanlının başqa bir məclisdə E.Aslanovun xoşuna gəlməyən açıqlamalar verdiyi də vurğulanır. Qeyd olunur ki, özünün bağışlandığını və yenidən deputat seçiləcəyini bildirən Osmanlı “Elnuru Elnur edən mən olmuşam. Arxamızda o olsa da, bu gün dövlətin hər strukturunda olan gəncləri mən tapmışam, Gənclər Parlamentindən tutmuş, bütün proyektlər mənim ideyam olub. Elnur sadəcə mənim hazırladığım təklifləri “yuxarılar”a çatdırıb və icazəsini alıb. Bu gün gördüyünüz və görmədiyini gənc komanda mənə bağlıdır. Ancaq mən həmişə ona böyük qardaş kimi baxmışam. O, isə bizim uğurlarımızdan tez həvəsləndi və onun “siyasi xadimlik” iddiasının qurbanı olduq. Olmasaydı, bu gün biz daha fərqli nöqtələrdəydik. Bu səbəbdən də onun bizi deyil, bizim onu qınamağa haqqımız var ki, evlərini atıb gələn və bizə insanlığa HİZMƏTi öyrədən insanların 20 ildə qurduqları bir sistemi yanlış addımlarla, hər kəsə meydan oxumalarla məhv etdi. Mən bir ildir onun dağıtdıqlarını toplamaqla məşğulam. Buna görə, mənə “sağ ol” deməliykən, haqqımda “xain” deyirlər. Mən onu heç vaxt satmadım”.
Mənbənin sözlərinə görə, C.Osmanlı xeyli müddətdir ki, özünü hakimiyyət daxilində başqa bir qrupun nümayəndəsi kimi təqdim edir. Hətta Elnur Aslanovla gecə görüşlərini də bir müddətdən bəri təxirə salıb. Onun bu variantla bağışlanmaq istədiyi bildirilir. Ancaq nəzərə alsaq ki, Ceyhun Osmanlı Aslanovun bir nömrəli adamı olmaqla yanaşı, həm də fətullahçıların nəzərində köhnə dostundan daha önəmlidir. Belə ki, onun keçmişi ilə bağlı parametrləri Aslanovdan yüksəkdir. Belə ki, Aslanov fətullahçılara görə, CIA-nın “nüfuz casusu” adlandırılan cəsus kateqoriyasındadır, Ceyhun Osmanlı isə onların yetişdirdiyi müriddir. Yəni, Elnur Aslanov Gülən üçün “pulla ələ alınması mümkün olan peşəkarlar, ziyalılar və həvəskarlar” qrupuna aiddir. Ona görə, vurulması o qədər də önəmli deyil. Vəzifəsindən dolayı ən yüksək rütbə verilsə də, müridlə müqayisədə onun qurban edilməsi Camaat üçün o qədər də faciəli deyil.
Lakin başqa bir varianta görə, Ceyhun Osmanlının bu variantı seçkidən yenidən qalib çıxmağa hesablanıb.