AŞ PA-nın missiyası seçkiyə görə Azərbaycana gəlir

18-09-2015, 16:06           
AŞ PA-nın missiyası seçkiyə görə Azərbaycana gəlir
AŞ PA nümayəndə heyəti sentyabrın 21-22-də Azərbaycanda səfərdə olacaq. Məqsəd seçki qanunvericiliyinin və Milli Məclisə seçki kampaniyasının gedişinin qiymətləndirilməsidir.

Bu barədə AŞ PA mətbuat xidmətindən bildirilib.

Nümayəndə heyəti Milli Məclisin spikeri, parlamentdə təmsil olunan qrup və partiyaların liderləri və parlamentdə təmsil olunmayan müxalifət partiyalarının liderləri ilə görüşəcək.

Həmçinin QHT və KİV nümayəndələri ilə danışıqlar planlaşdırılıb. Sonda missiya yazılı bəyanatla çıxış edəcək.

Nümayəndə heyətinə Xordi Xuqla (İspaniya), Frank Şvabe (Almaniya), Aleksandr Nikolski (Makedoniya), Egemen Barış (Türkiyə) və AŞ PA Monitorinq Komitəsinin həmməruzəçisi Aqustin Konde rəhbərlik edəcəklər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.