Bakıda mətbuat konfransında erməni dili QALMAQALI
18-09-2015, 16:28
Ermənistanın “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəməsi barədə məlumat vermişdik.
Erməni hüquq müdafiəçisi Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransı zamanı zalda gərginlik yaşanıb. CBC Azərbaycan telekanalının müxbiri erməni hüquq müdafiəçisinə erməni dilində sual ünvanlayıb və erməni dilində cavablandırılmasını istəyəb. Telekanal müxbirinin bu təklifi digər jurnalistlər arasında narazılıqla qarşılansa da Vaan Martirosyan suallaır erməni dilində cavablandırıb. Bir müddət keçdikdən sonra özünü Aztv-nin əməkdaşı kimi təqdim edən başqa bir jurnalist yenidən Vaan Martirosyana erməni dilində sual verib. Baş vermiş hadisə yenidən jurnalistlərin narazılığına səbəbə olub. Hadisəyə müdaxilə edən hüquq müdafiəçisi Novella Cəfəroğlu jurnalistlərə bildirib ki, tədbirdə erməni dilində sual verilməsi doğru hal deyil. Hüquq müdafiəçisinin müdaxiləsindən sonra tədbirdə erməni dilində səsləndirilən suallara son qoyuldu.